
Tətbiqlər haqqında qısa məlumat və yükləmə linki.
Aşağıda proqram müddətində ediləcəklərin yol xəritəsi qeyd edilmişdir.
Proqram müddətində ilk mərhələdə təcrübəçilərin seçmiş olduğu alt proqramlar üzrə bölgüsü aparılacaq. Onlayn formada qruplar (komandalar) yaradılacaq.
Bu mərhələdə təcrübəçilər iş mühiti ilə tanış olmaq imkanı əldə edəcəklər. Şirkətin idarəetmə sistemi ilə və real iş axışlarının (workflows) gedişatı ilə tanış ola biləcəklər. İş mühitində onlayn olaraq yerinə yetirilməsi mümkün olan tapşırıqlar veriləcək və layihə idarəetməsi şəklində davam edəcək.
Hər bir qrup üzrə mentorlar fəaliyyət göstərəcək. Layihə və tapşırıqların tətbiqi zamanı mentor tərəfindən anlıq olaraq və digər zamanlarda təlimatlar veriləcək. Layihələr və tapşırıqlar zamanı yaranan sualları mentorlara ünvanlandıra bilərsiniz.
Verilmiş tapşırıqların tamamlanma mərhələsi təqdimetmə və qiymətləndirmə ilə bitəcək. Qiymətləndirmə şirkət rəhbərliyi və mentorlar tərəfindən, eləcə də komanda üzvləri tərəfindən aparılacaq. Hər bir qiymətləndirmədə təcrübəçilər özləri də iştirak edə biləcəklər.